Mandriva Linux

Quraşdırma Tə'limatı

Lazımi konfiqurasiya

Mandriva Linuxyi qurmaq, əsasən, CDROM sürücünüzə CDnizi taxmaq və bilgisayarınızı təzədən başlatmaqdan ibarətdir. Xahiş edirik 1ci bölmə'yə baxın.

GEYD:


Aşağıda Mandriva Linux quraşdırma yolları göstərilir:

  1. Sistemi Birbaşa CD'dən Açaraq
  2. Windows'da bir Açılış Disketi Yaradaraq
  3. Digər Quraşdırma Yolları


1. Sistemi Birbaşa CD'dən Açaraq

Quraşdırma CD'si sisteminizi aça bilər. Əsasən, sadəcə olaraq CDROM'u sürücüyə taxmaq və sistemi yenidən başlatmaq kifayətdir. Bundan sonra ekranda çıxacaq qeydləri izləyin: Enter düyməsinə basaraq quraşdırmanı başlada bilər, F1 düyməsinə basaraq da yardım ala bilərsiniz.

GEYD:

Bə'zi diz üstü bilgisayarlarda sistem CD'dən açılmaya bilər. Vəziyyət belədirsə, ikinci CD'dən açmağa çalışın:o da eyni zamanda kompüteri aça bilər və daha "təklükəsiz" açma gedişatına sahibdir. Yazılanda CD'ni dəyişdirə bilərsiniz. Əgər ikinci CD də kompüterinizi aça bilmirsə, başlama disketi yaratmalısınız Təfərruatlar üçün 2'ci qismə baxın.

[səhifənin başına get]


2. Windows'da bir Açılış Disketi Yaradaraq

Kompüteriniz CD sürücüsüylə açılmırsa və əvvəlki yolların heç biri istifadə edilə bilmirsə, aşağıdakı kimi Windows altında bir açma disketi yarada bilərsiniz:

Quraşdırmaya başlamaq üçün:

[səhifənin başına get]


3. Digər Quraşdırma Yolları

Hərhansı bir səbəblə əvvəlki yolların heçbiri ehtiyacınıza cavap vermrsə (məsələn şəbəkə üstündan quraşdırma, ya da pcmcia avadanlıqlarından quraşdırma üçün), bir açma disketi yaratmalısınız :

Açılış görünüşlərinin siyahısı:

cdrom.img CD-ROM'dan quraşdırma üçün
hd_grub.img Sabit diskdən quraşdırma üçün (Linux, Windows, ya da ReiserFS fayl sistemindən)
bunu sisteminizdə buradan quraşdıra bilərsiniz: http://qa.mandriva.com/hd_grub.cgi
network.img ftp/nfs/http üzərindən quraşdırma üçün
QEYD: istəniləndə network_drivers.img disketini floppi sürücüsünə taxmalı olacaqsınız
pcmcia.img pcmcia avadanlıqlardan quraşdırma üçün (qeyd, pcmcia şəbəkə avadanlıqlarının çocu indi birbaşa network.img tərəfindən dəstəklənir)

Həmçinin boot.iso faylını CDROM-a yazıb ondan açılış edə bilərsiniz. Bu fayl, cdrom, şəbəkə və sabit sürücüdən qurulum yöntəmlərinin hamısını dəstəkləyir.

[səhifənin başına get]


Hərhansı bir səbəblə qrafiki ara üz ilə quraşdırmada bir problem olarsa, mətn təməlli quraşdırma yolunu da istifadə edə bilərsiniz. Bu yolu isttifadə etmək üçün, quraşdırmanın ilk ekranında F1ə basın, sonra da əmr sətirinə text yazın.

Qurulu vəziyyətdəki Mandriva Linux sisteminizi hər hansı bir problem sırasında qurtarma modunda aça bilmək üçün CDROM sürücünüzü (ya da açma disketinizi) yerləşdirərək sisteminizi yenidən açıb, quraşdırmanın ilk ekranında F1ə basın və əmr sətirinə rescue yazın.

Daha çox texniki mə'lumat üçün http://www.mandrivalinux.com/drakx/README ünvanına müraciət edə bilərsiniz.

[səhifənin başına get]


Aşağıda quraşdırmanın ana bölmələri sıralanıb:

  1. Quraşdırma CD'sini (ya da lazımsa açma disketinizi) sürücüyə yerləşdirin və sistemi yenidən başladın.
  2. Mandriva Linux xoş gəldiniz ekranı görstərildiyi zaman [Enter] düyməsinə basın və qeydləri diqqətlə oxuyun.
  3. Quraşdırma bitdiyi zaman CDROM çıxarılacaqdır (Disket hələ də sürücünün içindədirsə sürücüdən çıxarın.); kompüteriniz yenidən başlayacaqdır. Bu olmazsa özünüz söndürüb açın.
  4. Mandriva Linux açılacaq. Açılışdan sonra, quraşdırma sırasında yaratdığınız bir istifadəçi, ya da "root" istifadəçisi olaraq sistemə girə bılərsiniz.

Vacib qeyd:

"root" hesabı Linux sisteminizdə hər cür işi görmək üçün lazım olan bütün səlahiyyətlərə sahibdir. Linuxunuzun quraşdırılması ya da idarəsi xaricində bu hesabı heçbir şəkildə istifadə etməyin. Gündəlik istifadə üçün ""userdrake"" vasitəsi, ya da ""adduser""""passwd"" əmrləri ilə sıravi bir istifadəçi hesabı yarada bilərsiniz.

Mandriva Linux'la Uğurlar !

[səhifənin başına get]


Əlavə dəstək üçün baxın: